Baxış sayı: 740
Elan nömrəsi: 1000827
Şəhər: Bakı
Malın növü: Vucuda qulluq
Çatdırılma: Var
Yeniləndi: 28 İyul 2021, 21:51
Bir il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir. Sonsuzluq son illərdə həm cəmiyyətin, həm də medianın gündəmini getdikcə daha çox zəbt edən bir sağlıq problemidir. Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir. Sonsuzluq ümumi olaraq iki yerə bölünür: daha əvvəl hamilə qalmayanlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması; daha əvvəl hamilə qalanlarda vəya övlad sahibi olub növbəti hamiləlik planlaşdılırmasına rağmən hamiləliyin olmaması Bütün sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır. Statistika: Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi artmaqdadır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əsassız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar? Sonsuzluq qadınlara xas xəstəlikdir. Qədimdən də formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra sonsuz qadınların dünyaya uşaq gətirmələrinə və problemsiz ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar; Sonsuzluq irsi xəstəlikdir.Əslində qadının nəslində sonsuz və ya uzun müddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir; Sonsuzluğa valideyinlərin qan qruplarının uyğun gəlməməsi də səbəb olurRezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər; Sonsuzluqdan heç vaxt uşağı olmayanlar əziyyət çəkir.Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər; Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir; Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır; Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olması istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir; Qeyri-müntəzəm seks sonsuzluq yaradır.Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur; SƏBƏBİ AÇIQLANA BİLMƏYƏN SONSUZLUQ (idiopatik sonsuzluq) gİndiki vaxtda tibbin imkanları ilə ortaya qoyula bilməyən sonsuzluq vəziyyətlərində səbəbi açıqlana bilməmiş sonsuzluqdur (idiopatik) Səbəbi açıqlana bilməmiş sonsuzluq faktlarında rol oynayan psixoloji faktorların varlığı tam olaraq müəyyən deyil. Stressin ortadan qalxma vəziyyətində təbii yollardan hamiləliklərin meydana gəldiyi bildirilir. Xüsusilə sonsuzluq müalicələrinə cavab alına bilməyən cütlərdə bəzən müalicənin kəsildiyi və cütə istirahət etmə şansı verildiyi aylarda özbaşına hamiləlik ola bilməkdədir. Səbəbi açıqlana bilməmiş sonsuzluq termini günümüzdəki diaqnostik üsulların sərhədini göstərir.Diaqnosti üsullardakı irəliləmələrlə birlikdə bu qrupa daxil olan cütlərin sayı da azalacaq. Kişi sonsuzluğuna səbəb olan faktorlar. EAU 2010 (Avropa Uroloqlar Assosasiyası).İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) - 31 %.Varikosel – 15.6 %.Hipoqonadizm - 8.9 %.Urogenital infeksiyalar - 8.0 %.Enməmiş xayalar (kriptorxizm) - 7.8 %.Seksual faktorlar və sperma depolanmasının pozulması - 5.9 %.İmmunoloji sonsuzluq - 4.5 %.Sistem xəstəlikləri - 3.1 %.Obstruksiyalar - 1.7 %.Digər faktorlar - 5.5 %. Toksinlər (qəbul edilmiş bəzi dərman preparatları, radiasiya) Travma Böyrək çatışmazlığı Qaraciyər xəstəlikləri Xaya şişləri Xaya travması (yaralanma) Nevroloji (Sinir Sisteminə aid) patologiyala Siqaret və spirtli içkilər (Spermanın sayını azaldır və quruluşunu pozur) I. Boşalmanın olmaması (eakulayasiyanın olmaması) Qəbul edilmiş dərmanlar Keçirilmiş əməliyyatlar Şəkərli diabet Psixoloji pozunluqlar II. Oliqospermiya (azalmış sperma sayı) Kriptorxizm (enməmiş xaya Varikosel (damar genişləməsi) Dərman preparatları Endokrin patologiyalar (hormonal pozğunluqlar) III. Azospermiya (spermanın olmaması) Genetik faktorlar Germinal aplaziya Maturasiya arresti IV. Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması Anormal cinsi əlaqə vərdişi (seyrək və ya tez-tez) Sperma morfologiyasının pozulması (sperma qurluşunun) İmmunoloji faktorla Səbəbi bilinməyən Antispermal antitellər SONSUZLUĞUN DİAQNOZU Sonsuzluq şikayəti olan pasientin dəyərləndirilməsi: Anamnez - pasientdən düzgün toplanmış anamnez diaqnozun 70%-dir. İnfertil şikayəti - sonsuzluq müddəti, öncəki hamiləliklər (olub-olmaması), öncə aparılmış müalicələr. Seksual anamnez - cinsi həyatı, libido (cinsi istək), Koitusun müddəti (cinsi əlaqənin müddəti), cinsi əlaqənin sayı və.s digər faktorlar. eFizik müayinə ilə sonsuzluğa səbəb olan varikosel, xayalar, penis (kişi cinsiyyət orqanı) və ikincili cinsi əlamətlər müəyyən edilir. Penisin uzunluğunun kiçik olması (hipoqonadizm-hormon azlığı), uretradan (sidik kanalından) axıntının olması infeksiyanın olmasını, , xayaların həcminin ölçülməsi və.s müəyyən edilməlidir.Laborator testlər - ilkin olaraq ən az 2 sperma analizi verilməlidir. Əgər sperma sayı, hərəkətliliyi, quruluşu normal deyilsə, o zaman digər müayinələr aparılır (hormonal, genetik və.s)Spermaqramma - kişi sonsuzluğunda ilk verilən analiz olmalıdır (ilk addım), 3-5 günlük cinsi pəhrizlə verilməlidir, analiz verilən zaman əllər sabunla təmiz yuyulmalı və mütləq analiz üçün ayrılmış klinikanın xüsusi bir otağında verilməlidir. Sperma analizi hormonal, digər problemlər haqqında çox önəmli məlumatlar verir. Spermaqrammaya baxılarkən sayı, hərəkətliliyi morfologiyası (quruluşu) ən önəmli göstəricilərdir. SONSUZLUĞUN MÜALİCƏSİ Əsas müalicə medodları aşağıdakılardir: Medikal müalicə (dərman) Cərrahi müalicə Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili, həkim tərəfindən müəyyən edilmiş digər analizlər (həkimin istəyinə uyğun) baxılır. Hər hansı bir problem görülürsə səbəbə görə müalicə aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu) normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%-dan) azsa onda sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır. fƏgər sperma sayı azalıbsa, ümümi hərəkətli spermaların sayı 5milyondan çoxdursa inseminasiya-aşılanma (İUİ), 5 milyondan az isə İCSİ (yumurta hüceyrədaxili yalanma) – süni mayalanma olunması tövsiyə olunur. (EAU 2010-Avropa Uroloqlar Assosasiyası). İnseminasiyaya – hazırlanmış eakulyat leykositlərdən və digər zərərli faktorlardan təmizləndikdən sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu qısaltmaq və maneələrlə qarşılaşmasımı azaltmaqdır). Məsləhətlər - istənilən bir problemin vaxtında müəyyən edilib müalicə edilməsi məqsədə uyğundur, əgər xayalar enməyibsə vaxtında həkimə müraciət etmək lazımdır (12-18 aylar arası xayalar endirilməlidir), 2-cili cinsi əlamətlərin (tüklənmə, səsin dəyişməsi və.s) gecikdiyi zaman, keçirilmiş urogenital infeksiyaların varlığı hallarda, travma və.s bu kimi halarda müayinə olunmaq lazımdır. Ən önəmlisi isə ailə qurmamışdan öncə müayinə olunmaq və tam əmin olmaq lazımdır. (hər iki cins üçün önəmlidir).