Dırnaqlara qulluq

12 AZN

Baxış sayı: 418

Elan nömrəsi: 1000304

Şəhər: Bakı

Malın növü: Gözəllik, sağlamlıq

Çatdırılma: Var

Yeniləndi: 21 Noyabr 2020, 16:42

  • bəyən
  • şİkayət et

Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur. Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kökü adlanır. Dırnağın kökünü kutikula adlanan nazik dəri qatı örtür. Dırnaq hüceyrələri onun alt qatında - matrisada formalaşır. Əgər matrisa ciddi zədələnərsə, dırnaq ölür. Sağlam dırnaq elastik, kifayət qədər möhkəmdir, normal yağlılığa, hamarlığa, parıltıya malikdir, qırılmır və parçalanmır. O, rəngsiz və şəffafdır. Ona çəhrayı rəngi dırnaq yatağında yerləşən kapilyarlar verir. Adətən, 3 aya dırnaq 1 sm uzanır. 3-6 ay ərzində dırnaq tamamilə yenilənir. Dırnaqların vəziyyətinə insanın sağlamlığı, həmçinin spirtli içkilərin qəbul edilməsi, siqaret çəkmək kimi pis adətlər də təsir göstərir. Əgər hiss etsəniz ki, dırnaqlarınız çox pis uzanır, ovulur və s., o zaman həkimə müraciət edin, belə ki, bu hər hansı bir ciddi xəstəliyin (endokrin sistemı, böyrək və s.) əlaməti də ola bilər. Sağlamlıqla bağlı problemlərdən başqa, dırnaqları onlara düzgün qulluq edilməməsi də korlaya bilər (keyfiyyətsiz dırnaq boyası və onu silmək üçün kosmetik vasitələrdən istifadə edilməsi, dırnaqların tez-tez uzadılması və s.). Dırnaqların parçalanması və qırılmasının digər səbəbləri irsi faktor, vitamin və mineral çatışmazlığı, mexaniki zədələr, bəzi dırnaq xəstəlikləri (məsələn, göbələk) ola bilər. Dırnaqların möhkəm böyüməsi üçün düzgün qidalanmaq, həmçinin vaxtaşırı olaraq vitamin və mikroelementlər kompleksləri qəbul etmək lazımdır. Hal-hazırda satışda qadınlar üçün dırnaq və saçların vəziyyətini yaxşılaşdıran xüsusi vitamin kompleksləri vardır. Tərkibində keramidlər, vitaminlər və s. olan xüsusi yağlardan istifadə etməklə dırnaqlara yaxşı qulluq etmək olar. Evdə dırnaqlara vannalar etmək də çox xeyirlidir. Az miqdarda zeytun yağını qızdırın, üzərinə bir neçə damcı yağlı vitamin A məhlulu əlavə edin, barmaqların ucunu bu qarışığın içərisinə salıb 10 dəqiqə saxlayın. Digər vanna — 1 çay qaşığı xörək duzunu ilıq suda qarışdırın, az miqdarda limon şirəsi əlavə edin.

OXŞAR ELANLAR

Elite Afroket Epimedyumlu Macun 240 gr

75AZN

Bakı
22 Noyabr 2020, 18:51

Saqqal serumu

35AZN

Bakı
21 Noyabr 2020, 18:57

Pompa boyuduc

85AZN

Bakı
27 Oktyabr 2020, 17:15

Daban çatlarına qarşı krem

7AZN

Bakı
4 İyul 2022, 7:42

Eros sprey

30AZN

Bakı
28 Noyabr 2020, 18:52

Eşşek südü kremi

22AZN

Bakı
1 Avqust 2023, 13:20

Cavanlaşdirici krem conustanaa

25AZN

Bakı
15 Noyabr 2020, 14:06

Lukaçi macun

50AZN

Bakı
24 İyun 2021, 10:00

Kollagen sabunu

13AZN

Bakı
13 İyun 2022, 8:48

Ari sudu

25AZN

Bakı
15 Dekabr 2020, 18:19