Baxış sayı: 815
Elan nömrəsi: 1000303
Şəhər: Bakı
Malın növü: Kosmetika
Çatdırılma: Var
Yeniləndi: 21 Noyabr 2020, 16:37
Məni əgər çoxdan izləyirsinizsə bilirsiniz ki, dərim qurudur və parlaq, nəm dəri görüntüsünü çox sevirəm, odur ki, istifadə etdiyim bütün tonal kremləri quru dərilər üçün olanın alıram. Xüsusən əgər mənə ekstra parıltı söz verirsə daha çox bəyənərək alıram. Bugün sizə, ekstra parlaqlıq verən, quru dərilər üçün nəzərdə tutulmuş bir tonanl kremdən danışmaq istəyirəm. Loreal Lumi Magique. Quru dərilər üçün tonal kremTonal kremin istehsalçıları bizə nə söz verir? dərinin rənginin tonunun eyniləşməsi ✓ Tonal krem orta örtücülüyə malikdir, doğrudan da, rəng tonunu eyniləşdirir və üzdəki çox böyük olmayan qüsurları örtür. dəridə parlaqlıq✓ Dəriyə gözəl parlaqlıq da verdiyi doğrudur, dərid quruluq, narahatlıq yaratmır. 24 saat dərinin nəmlənməsi ✓ Razıyam ki, üzü yaxşı nəmləndirir, lakin, bunun 24 saat çəkdiyi barədə dəqiq deyə bilmərəm. 14 saat qalıcılıq – Bu barədə də dəqiq deyə bilməyəcəm, çünki, 14 saat qalıcılığını yoxlamamışam. Lakin, o qədər qala biləcəyinə inanmıram. və üzdə yağlılıq parıltısının olmaması ✗ Bu punktla razı deyiləm ümumiyyətlə, çünki, dəriyə parlaqlıq verir və məncə yağlı dərilərdə bu daha çox bəlli olur, üzü matlaşdırmır qəti, onunçün bu tonal kremi yağlı dərilərə məsləhət görməzdim. Quru dərilər üçün tonal kremTonal kremdən razıyam, yüngüldür, gündəlik istfadə edə bilirəm, örtücülüyü qane edir, parlaqlığından, nəmləndirməyindən çox razıyam. Məndəki nömrəsi 31-dir. Onu da əlavə edim ki, Lumi Magique seriyasının highlighteri, kirşanı, üz bazası da mövcuddur. Ümid edirəm, bu yazı sizə yararlı və maraqlı oldu, hər hansı sualınız olsa müraciət edin.